“Bu cür sərsəm iddia irəli sürmək axmaqlıqdan başqa bir şey deyil”

bu-cur-sersem-iddia-ireli-surmek-axmaqliqdan-basqa-bir-sey-deyil
Oxunma sayı: 648

Azərbaycanın müxalif Ədalət Partiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bunu partiyanın sədri, Milli Məclisin deputatı İlyas İsmayılov AŞ PA - da Ermənistan nümayəndə heyətinin Azərbaycanda guya “orta məktəb şagirdləri arasında erməni xalqına qarşı nifrət hissləri aşılanır və alovlandırılır” iddiasını şərh edərkən deyib.

“Bu cür sərsəm iddia irəli sürmək axmaqlıqdan başqa bir şey deyil.
Azərbaycan bir çox millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığı tolerant ölkədir. Ermənistan isə bizdən fərqli, demək olar ki, yalnız erməni millətinin yaşadığı mono-dövlətdir. Üstəlik, həmin ermənilər də bir tikə çörək tapmaq, hüquqlarını müdafiə etmək və maddi rifaha qovuşmaq ümidi ilə öz ölkələrindən qaçır və yaxın-uzaq xaricə üz tuturlar. Həmin ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb, buna görə də onların uydurduqları iddiaların qara qəpik qədər dəyəri yoxdur”, - Milli Məclisin deputatı vurğulayıb.

İ.İsmayılovun sözlərinə görə, erməni nümayəndələrinin bu məsələni AŞ PA sessiyasında qaldırmaq cəhdləri də iflasa məhkumdur: “Onların iddia və ittihamları heç nə ilə sübut olunmayıb, əsassız və qeyri-ciddidir, bu səbəbdən heç diqqətə də alınmayacaq”.