Bu da “Xəzər Lənkəran”ın yeni məşqçisi

bu-da-xezer-lenkeranin-yeni-mesqcisi
Oxunma sayı: 637

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu, türkiyəli mütəxəssis Cüneyt Biçərdir. Klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə keçirilən iclasda Biçer komandanın yeni baş məşqçisi qismində futbolçulara təqdim edilib. Yayda komandaya gələn məşqçi bu günə kimi "Xəzər Lənkəran"ın aşağı yaş qruplarına ümumi nəzarəti həyata keçirirdi. Gənc çalışdırıcı klubla 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, lənkəranlıların sabiq baş məşqçisi Mirça Rednik ölkə çempionatının son turunda evdə “İnter”ə məğlubiyyətdən sonra istefa vermişdi.
Ceyhun Əhmədov