Bu dəfə başqa Günel görəcəksiniz

bu-defe-basqa-gunel-goreceksiniz
Oxunma sayı: 922

Milli.Az xəbər portalının məlumatına görə, müğənni Günel Ələkbərova tamaşaçılarının qarşısına yeni obrazda çıxacaq.

Müğənni yeni çəkdirəcəyi klipi haqda məlumat verib: ““Üzümə baxma” mahnıma klip çəkdirirəm. Klipin rejissoru Kemal Cenk İçtendir. Bu, çox lirik və fərqli mahnıdır”.

“Klip çəkilişlərində həm də fotosessiya edəcəyik” deyən müğənni, çox maraqlı geyimi olacağını bildirib. Bundan əvvəlki fotosessiyasında modelyer Fəxriyyə Xələfovanın kolleksiyasından geyinən Günel, bu dəfə “SakNez” modalar evinə müraciət edib: “İndi modelyer Sakit Abbasov və Nəzakət Əhmədova mənim üçün eksklüziv geyim hazırlayırlar. Məni hələ heç kim belə görməyib. Əvvəlki kliplərimdə hamı məni daha çox şıltaq bir qız kimi görübsə, bu dəfə tamam başqa Güneli görəcəklər”.