“Bu islahatların ətrafında olan söz-söhbətlərdən xoşum gəlmir”

bu-islahatlarin-etrafinda-olan-soz-sohbetlerden-xosum-gelmir
Oxunma sayı: 761

“İndi Yaşarı əvəz edəcək aktyor var”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri xalq artisti Firəngiz Mütəllimova deyib. Onun sözlərinə görə, aktyoru irəli aparan, rejissordur. Gənclərin çətinliyə dözə bilmədiyini deyən xalq artisti onları yüksəltmək üçün rejissorlara ehtiyac olduğunu vurğulayıb. O, Yaşar Nurini əvəz edəcək gənclərin olduğunu, sadəcə bu cür gənclərin elə həmişəki rollarında qaldığını bildirib: “Onları irəli aparan, yüksəldən rejissor olmalıdır. İş budur ki, yeni gələn rejissorlar, islahatlar nəticəsində gedən rejissordan da betərdir”.

Mütəllimova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan islahatlardan da danışıb. Onun sözlərinə görə, dram teatrda islahatlar alınmadı. İslahatların lehinə olduğunu deyən xalq artisti bu islahatların gənc aktyorlara daha da kömək edəcəyini bildirib: “Amma mənim bu islahatların ətrafında olan söz-söhbətlərdən xoşum gəlmir. Kimsə nəyə görə kiminsə yerini tutmalıdır? Qəribədir ki, bu islahatlar ən çox rejissorlara şamil olundu. Mən, bəlkə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti hansısa sms yarışması ilə yenidən seçiləydim?”.

Nərgiz Ehlamqızı