“Bu, özbaşınalığın nəticəsidir” - Azercell

<b>“Bu, özbaşınalığın nəticəsidir” -<font color=red> Azercell</b></font>
Oxunma sayı: 401

Bu gün ərzində “Azercell Telekom” MMC şirkətinə, Bakının müxtəlif satış məntəqələrində Azercell sim kartlarının qiymətlərinin qalxması ilə bağlı müraciətlər və suallar daxil olub. Bununla bağlı Azercell şirkəti rəsmi mövqeyini açıqlayıb. Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, onlar tərəfindən sim kartların satış qiymətlərində heç bir dəyişiklik edilməyib: “Sim kartların nominal qiymətlərindən baha qiymətə satılması halları həmin kartların satıldığı məntəqələrin özbaşınalığı və Azercell şirkəti ilə razılaşdırılmamış fəaliyyətinin nəticəsidir”.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi