Bu qəzada 3 nəfər öldü - Fotolar

bu-qezada-3-nefer-oldu-fotolar
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, iyulun 8-də saat 04.00 radələrində baş verən qəzada yük maşını minik avtomobildə 3 nəfərin həyatına son qoyub.

Kürdəmir rayonu ərazisində Abşeron rayon sakini Aydın Məmmədovun idarə etdiyi "DAF-95 XF" markalı və Kürdəmir rayon sakini Habil Əliyevin idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşub. Qəza zamanı H.Əliyev və sərnişinləri olan Kürdəmir rayon sakinləri Kənan Həşimov, Rəşad Rəhimov hadisə yerində ölüb, xəsarət almış digər sərnişin Ayaz Rəhimov isə xəstəxanaya yerləşdirilib. Qəza zamanı yük maşını yoldan çıxaraq çevrilib. Minik maşınından meyitləri və yaralını çıxarmaq üçün hadisə yerinə xilasedicilər gəlib.