Bu stadionlar “qaynayacaq” - Fotosessiya

bu-stadionlar-qaynayacaq-fotosessiya
Oxunma sayı: 896

“Qafqazinfo” oxuculara turnirin oyunlarının keçiriləcəyi stadionlar haqqında məlumatı təqdim edir.

Beləliklə, builki qitə birinciliyinin oyunları 8 arenada baş tutacaq. Bu arenaların hər biri fərqli şəhərdə yerləşir. Şəhərlər təşkilatçı ölkələr arasında bərabər sayda “bölünüb” – oyunlar Ukrayna və Polşanın hər birinin 4 şəhərində keçiriləcək. Turnirin açılış matçı Varşavada olacaq. Final görüşü isə Kiyevdəki 70050 azarkeş tutumuna malik Olimpiya stadionunda baş tutacaq.

Çempionatın keçiriləcəyi 8 meydançanın azarkeş tutumu orta hesabla 47907 nəfərdir. Lakin Avro 2012 üçün təyin olunmuş limiti nəzərə alsaq, bu göstərici 44375 nəfərdir.

Polşa:
Varşava – “National Stadium”
Açılış - 2012
Azarkeş tutumu – 58,500
AÇ-də qəbul edə biləcəyi azarkeş sayı -50,000
A qrupunda 3 oyun, 1/4 final, yarımfinal

Qdansk – “PGE Arena”
Açılış - 2011
Azarkeş tutumu – 43,615
AÇ-də qəbul edə biləcəyi azarkeş sayı - 40,000
C qrupunda 3 oyun, 1/4 final

Vroklav – “Munisipal Stadium”
Açılış - 2011
Azarkeş tutumu – 42,771
AÇ-də qəbul edə biləcəyi azarkeş sayı – 40,000
A qrupunda 3 oyun

Poznan – “Munisipal Stadium”
Açılış - 1980
Azarkeş tutumu – 43,269
AÇ-də qəbul edə biləcəyi azarkeş sayı – 40,000
C qrupunda 3 oyun

Ukrayna:
Kiyev – “Olimpiya Stadionu”
Açılış - 1923
Azarkeş tutumu – 70,050
AÇ-də qəbul edə biləcəyi azarkeş sayı – 70,050
D qrupunda 3 oyun, 1/4 final, Final

Donetsk – “Donbass Arena”
Açılış - 2009
Azarkeş tutumu – 51,504
AÇ-də qəbul edə biləcəyi azarkeş sayı – 50,000
D qrupunda 3 oyun, 1/4 final, yarımfinal

Xarkiv – “Metallist Stadium”
Açılış - 1926
Azarkeş tutumu – 38,633
AÇ-də qəbul edə biləcəyi azarkeş sayı – 35,000
B qrupunda 3 oyun

Lviv – “Arena Lviv”
Açılış - 2011
Azarkeş tutumu – 34,915
AÇ-də qəbul edə biləcəyi azarkeş sayı – 30,000
B qrupunda 3 oyun

Ceyhun Əhmədov