“Bu, tamamilə gülüncdür” - Cavab

bu-tamamile-guluncdur-cavab
Oxunma sayı: 679

Müəllif məqaləsinin son abzasında qeyd edir ki, “Maraq ondadır ki, 67 yaşında qarnında qaya parçası gəzdirən bu yaşlı qadının ödünə türk həkimləri qıymayıb. Əməliyyat laporoskopiya yolu ilə aparılıb, yəni qarnın öd yerləşən hissəsindən dəlik açmaqla daşlar çıxarılıb. Başqa sözlə, qadın öd kisəsini itirməyib.” Bu tamamilə gülüncdür.

1) Belə əməliyyat dünyanın heç bir yerində icra edilmir, çətinliyinə görə yox, onu icra edənin cərrahiyyədən xəbəri olmayan biri kimi adlandırılacağına görə;

2) Jurnalist öd kisəsini saxlamaqla daşları xaric etməyin sensasion bir əməliyyat hesab edir. Əslində bəli bu sensasion əməliyyat olardı, amma yaxşı yox, pis mənada. Elə son abzasda o Türk həkimlərini belə “sensasion” qələmə verib.

3) Eyni müəllifin iki oxşar məqaləsini oxuyarkən müəllifin açıq-aşkar cərrahlara “cərrahiyyədən dərs demək” fikri olduğu hiss olunur və öz anladığını aşılamağa çalışır.

4) “Qadının ödünə türk həkimləri qıymayıb” adı altında müəllif nə demək istəyir? Öd – qaraciyərdə əmələ gələn və həzm prisesində iştirak edən ŞİRƏDİR. Ona necə qıymaq olar?

5) “Başqa sözlə, qadın öd kisəsini itirməyib” ifadəsini vurğulamaqla jurnalist nə demək istəyir? İlk məqaləsində göstərdiyi qeyri-professionallığa Türk həkimləri adı altında haqq qazandırnmaq?

6) Xanım hörmətsizlik edərək istinad etdiyi mənbəni göstərmir və üstəlik sonuncu özünə məxsus olan abzası Türklərin və ya “məqalənin ilk hissəsində “Qafqazinfo” adı altında sırımağa çalışır.

7) Müəllifin istinad etdiyi mənbə budur: http://www.aktifhaber.com/safra-kesesinden-4-bin-225-tas-cikti-541105h.htm. Jurnalist xanımımızdan rica edərdik ki, burada bizə göstərsin: HARADA QEYD EDİLİB Kİ, ÖD KİSƏSİ SAXLANMAQLA DAŞLAR XARİC EDİLİB?

8) Xanım jurnalist tibbə maraq göstərirsə, onda ona dünyada gün ərzində minlərlə icra edilən laparoskopik xolesistektomiya əməliyyatına baxmağı tövsiyə edərdik ki, baxsın görsün öd kisəsi necə xaric edilir. http://www.youtube.com/watch?v=QBJOq4i3aQ8

Müntəzəm olaraq oxuduğumuz “Qafqazinfo” saytının xəbərlərində belə qeyri-peşəkar yazarların gülünc və absurd məqalələri ilə rastlaşanda adam təəssüf hissi keçirir.

Hörmətlə: Elmar Şərifov