“Bu xəstəlik İsveçrədən dünyaya yayılıb”- Milli Məclis

bu-xestelik-isvecreden-dunyaya-yayilib-milli-meclis
Oxunma sayı: 660

“Media forum” saytının məlumatına görə, iclasda çıxış edən bitərəf deputat Qənirə Paşayeva deyib ki, Azərbaycan səfirlikləri ayrı-ayrı dövlətlərdə qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı aparılan kampaniyalara qarşı mübarizəni öz işində prioritet saymalıdır.

Qənirə Paşayeva qeyd edib ki, İsveçrə də qondarma soyqırımı məsələsinə biganə qalmayan ölkələrdəndir: “Bu qondarma soyqırımının 100 illiyi yaxınlaşdıqca ermənilər Avropa ölkələrində daha çox aktivlik göstərəcəklər və Fransada olduğu kimi “soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanunların qəbul olunmasına çalışacaqlar. Azərbaycan səfirlikləri bu məsələyə diqqətlə yanaşmalıdır və həmin ölkələrə izah etməlidir ki, “soyqırımı” ilə bağlı məsələnin bu sayaq müzakirəsi o ölkələrin Azərbaycanla münasibətlərinə də mənfi təsir göstərəcək”.

Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, İsveçrə qondarma “erməni soyqırımı”nı Fransadan qabaq tanıyan, onu inkar edənlərə qarşı cəza tətbiq edən bir Avropa ölkəsidir: “Bu xəstəlik elə məhz İsveçrədən dünyaya yayılıb. Ona görə də Azərbaycanın həmin ölkəyə gedən səfirləri bunu ciddi nəzərə almalıdır”.

Deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev İran və Türkiyəni Ermənistana yardım etməkdə ittiham edib. O, hər iki ölkədə islamçıların hakimiyyətdə olduğunu və Ermənistanı məhz Türkiyə ilə İranın ayaq üstə saxladığını söyləyib: “Biz adətən İranı tənqid edirik, amma Türkiyəni də yaddan çıxarmamalıyıq. Ermənistanı yşadan iki ölkə var, bunların hər ikisi müsəlman dövlətidir”.