Bu yolda 10 günə 6 nəfər öldü

bu-yolda-10-gune-6-nefer-oldu
Oxunma sayı: 651

Sakinlər bildirir ki, yaxınlıqda yaşayış məntəqəsi olmasına baxmayaraq, ərazidən keçən maşınlar burada nəzərdə tutulan sürət həddinə məhəl qoymurlar.

Yerlilər bildirir ki, magistral yolun Oğuz rayonu ərazisindən keçən bəzi hissələrində yol həddindən artıq ensizdir. Buna görə də bir çox hallarda sürətlə gedən maşınlar dönmə əməliyyatı edərkən kənara, piyadaların hərəkət etdiyi çınqıl yola çıxır ki, bu da bir çox hallarda faciə ilə nəticələnir.

Sakinlər sözlərinə görə yaşayış ərazisindən yüksək sürətlə şütüyən maşınlar burada yaşayan uşaqlar üçün daha ciddi təhlükə mənbəyidir. Belə ki, dolanacaq üçün yol kənarlarında müxtəlif meyvələrin satışı ilə məşğul olan uşaqlar hər an sürət həddini nəzərə almadan ərazidən yüksək sürətlə hərəkət edən maşınların qurbanına çevrilə bilər.

Qeyd edək ki, magistral yolda yaşayış məntəqələrini adı əks olunan lövhələr vurulsa da, sürət həddini göstərən yol nışanlarına rast gəlinmədi.

Magistral yolda sahibsiz dolaşan iri və xırda buynuzlu heyvanlar isə yolun hərəkət hissəsində təhlükə yaradaraq, hətta bəzən bir neçə dəqiqə maşınların hərəkətinə mane olmaqla dayanmasına da səbəb olurlar.

Qeyd olunanlarla bağlı əraziyə xidmət edən dövlət yol polis idarəsinin İsmayıllı-Qaraməryəm-Şəki ərazisində xidmət aparan əməkdaşları münasibət bildirməkdən yayınaraq, kameradan gizlənməyə çalışdılar./anspresss/