“Bundan sonra kimsə adımı çəksə...” – Hədə

bundan-sonra-kimse-adimi-cekse-hede
Oxunma sayı: 825

Məsələ burasındadır ki, dünən Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova Günelin ünvanına xoşagəlməz ifadələr səsləndirib. Günelin sənətinə və şəxsiyyətinə toxunan Jalə xanım bu sözləri deyib: “Günel Türkiyə kanallarından həm türk, həm də Azərbaycan sənətçilərinin bostanına çox primitiv şəkildə daş atır. Ancaq anlamır ki, bu qeybət, sənətə aid olmayan ucuz danışıqlar, dialoqlar onun kim olduğunu ortaya qoyur. Türkiyənin Star Kanalında yayımlanan Alişanın şou-proqramında ötən gün tam türk ləhcəsi ilə öyünərək boş, mənasız danışıqlarını yəqin ki, məndən başqa da eşidənlər olub. Məhz dillə bağlı ailəlikcə sağa-sola hamını tənqid edirsən. Səndən soruşuram?! Bir proqramda üç türk mahnısı oxumağını və ya ağzını gözünü süzdürərək türkcə danışmağını sənət hesab edirsən?! Heç bir çətinlik çəkmədən, səhnədə 12 yaşında rəqs elədiyinə görə İbrahim Tatlısəsə və ən əsası Allaha olmalısan. Bir gün aşagı əyiləndə görmədin ki, doğulduğun Qarabağ torpağında və Azərbaycanda hamı 26 fevral Xocalı soyqırımını qeyd edir. Sən isə həmin gün türk kanallarında “Şarkı” söyləyirdin. Sənin dünənki məntiqsiz danışıqların deməyə əsas verir ki, sən Azəri qızı Günel yox, sadəcə Günelsən”.

Bu sözləri oxuyan Günel isə məyus olub. “Qafqazinfo” xəbər verir ki, müğənni Türkiyədən SİA-ya zəng edib və məsələ ilə bağlı açıqlama verib: “Onlar nə desələr də mənim sənətimin bir parçası olan Azəri sözü hər zaman üzərimdə olacaq. Həmvətənlərim belə mənə “Azəri qızı” deyə müraciət edir. Burada köhnə söhbətlərlə yeni gündəm qazanmaq istəyi göz qabağındadır. Bu, çox ucuz reklamdır. Bu cür açıqlamaları öz millətim tərəfindən eşitməyim, canımı yandırır. Sevinməsinlər, adımı dəyişmərəm! Bir daha bu mövzuya qayıtmaq məcburiyyətindəyəm. Mən yuxarıda təkrarlanan hadisəyə görə səhfimi anlayıb, xalqımdan üzr də istəmişdim. İndi mənim 27 yaşım var. Anlamıram, 19 yaşımda elədiyim və üzürünü istədiyim söhbətlər bu gün niyə gündəmə gəlib?”.

Günel damarlarında Qarabağ qanı axdığını bir daha xatırlatdı: “Mən burada açıq-saçıq geyinib, adımızı ləkələmirəm. Ən azından, mən Qarabağlıyam! Mənim atam, qardaşım, anam, bacım və bütün Qarabağda tanınan Zeynalovlar nəslim var. Mən səhnə adamıyam. Tamaşaçı qarşısına çıxanda, maraqlı olan bütün mövzulara toxuna bilərəm və mənim fikrimcə, gənc, gözəl və uğurlar əldə edən xanımı qısqananlar olmalıdır.

Qonaq olduğum bütün verilişlərdə öz dilimdə danışıb, mahnılarımızı səsləndirirəm. Mən vətənimdə proqramda deyiləm ki, öz dilimdə danışım. Mən türk verilişinə çıxıram və bu dildə danışmağım çox normaldır. Biz türk dilini aydın şəkildə başa düşürük. Amma onlar bir az əziyyət çəkirlər. Biz bir millət iki dövlətik. Burada qınanılası bir məsələ görmürəm. Mən 16 il ərzində özümü sübut etmişəm və burada yaşayıram. Başqa ölkədə 16 il bu cür qalmaq hər adamın işi deyil. Haqqımda danışan və yazan insanlar verilişin yalnız birinci hissəsini izləyiblər. İkinci hissəsini də tapıb baxsınlar. Sonra isə mənimlə həyatda heç olmasa bir dəfə belə ünsiyyət qurub, söhbət etsinlər. Görüm ondan sonra da məni yazdıqları qədər tanıdıqlarını deyəcəklər? Türkiyəyə yolunuz düşsə, haqqımda maraqlanın. Mənim mahnılarımın tanınması ilə yanaşı tərbiyyəm haqda da yüksək fikirlər səslənir. Bəs niyə öz vətənimdə adımı ləkələyirlər?! Öz əhatələrində o qədər danışılası insanlar var ki, onların qüsurlarını müzakirə etsinlər. Mən burda sənətimlə, işimlə məşğulam”.

Günel onun adına ləkə gətirənləri Allaha tapşırdı: “Nə var ki, əlinə qələm alıb yazmağa. Mənim də ürəyim nə istəsə, yazaram. Amma bir az da doğru olanları qələmə alın. Hər gün yeni bir “uydurma” yazıya rast gəlirəm. Mən niyə hər addımımda kiməsə hesab verməliyəm?! Şəxsən mənim, heç kimlə işim yoxdur. Sizə də məsləhət görərdim ki, öz həyatınız saf-çürük edəsiz. 3 günlük dünyadır. Bu hərəkətləri edərkən, axirətinizi düşünün. Nə qədər haqsızlıqla qarşılaşsam belə, yenə də o günü düşünərək yaşayıram və bu həyatda heç kimə pisliyim dəyməyib. Siz də qarğış yiyəsi olmayın! Haqqıma girən hər bir insanı Allaha tapşırıram və bu cür insanlara əsla hallalıq verməyəcəm”.

Müğənni haqqında danışanlara da son xəbərdarlığını etdi: “Mənim şəxsiyyətim haqqında bir kəlmə belə danışıb, adımı dillərinə almasınlar! Əks halda məhkəmə qarşısında cavab verəcəklər. Məndən nə istəyirlər? Bundan sonra kimsə adımı çəksə, məhkəməyə verəcəm. Daha bezmişəm”.