“Bunun cavabını həm millət, həm də Allah verəcək”

bunun-cavabini-hem-millet-hem-de-allah-verecek
Oxunma sayı: 679

“Təəssüf edirəm ki, İran İslam Respublikası adlanan ölkədə Ramazan bayramı günlərində haqlı etirazlara bu cür, həbslərlə cavab verilir”. Bunu “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, Urmu gölü bilərəkdən qurudulur, buna etiraz edənlər isə həbs edilir: “Biz hesab edirik ki, əvvəl-axır haqq qalib gələcək. Allahın yaratdığı torpağı, gölü müdafiə edənlər qalib olacaq. Biz Urmu gölünün qurudulamsına etiraz edənlərin yanındayıq. Onlar bilsin ki, Allahın yaratdığı gölü qurutmaqla günah edirlər. Bunun cavabını həm millət, həm də Allah verəcək”.

Gölü qurutmaqdan məqsədin ilk növbədə orada yaçayanları köçürmək olduğunu deyən partiya sədri bildirib ki, bu, fars şovinizminin yürütdüyü ənənəvi siyasətidir: “Burada məqsəd ilk olaraq orada yaşayan əhalkini köçürmək və orada başqalarını məskunlaşdırmaqdır. Ümumiyyətlə fars şovinizmi hər zaman azərbaycanlıların yeraltı və yerüstü sərvətlərinə yiyələnmək siyasəti yürüdüb”.

M. Mirəlioğlu açıqlamasında avqustun 31-i İranın Azərbaycandakı səfirliyi qarşısında keçiriləcək aksiyaya da münasibət bildirib:“Bu aksiyanı çox müsbət qarşılayıram. Gənclər düz edirlər. İran səfirliyi önündə tədbirlərin keçirilməsini ilk olaraq elə Xalq Cəbhəsi başladıb. Ona görə də biuz bu aksiyaya dəstək veririk”.

Fatimə Kərimli