Bura Cenifer Lopezi qarşılamağa hazırlaşır - Fotosessiya

bura-cenifer-lopezi-qarsilamaga-hazirlasir-fotosessiya
Oxunma sayı: 653

Tofiq Bəhramov adına Respublika Stadionu iyulun 15-nə qədər istifadəyə veriləcək. Bu barədə “Qafqazinfo”ya açıqlamasında stadionun direktoru Akif İsmayılov məlumat verib. Stadionun əsaslı təmir və yenidənqurma işlərinin Koreya Respublikasının “Samhoa” şirkətinin apardığını deyən A. İsmayılov bildirib ki, artıq işlərin 80 faizi görülüb. Stadion iyunun sonu, ən geci isə iyulun 15-ə qədər istifadəyə veriləcək. Ümumi sahəsi 85 min 700 kvadratmetr olan stadion 29 min 870 tamaşaçı yeri tutur. Hazırda stadionda daha 2500 yer artırılacaq və nəticədə tamaşaçı yerlərinin sayı 31 min 800-ə çatacaq: “Tribunada jurnalistlər üçün 600 yer ayrılacaq. Eyni zamanda, 500 nəfər üçün VİP yerlər təşkil olunacaq”.

Tikintinin məsul şəxslərindən olan Kim Çunho isə Tofiq Bəhrəmov adına Respublika Stadionunun dünyanın ən yaxşı 12 stadionundan biri olan Koreyada 2002-ci ildə tikilən stadion əsasında tikildiyini qeyd edib: “Bütün mallar Koreyadan gəlir və istifadə olunan materiallarla bağlı gələcəkdə heç bir problem olmayacaq”.

Koreyalı mütəxəssis sentyabr ayında Bakıya gələcək və Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq məşhur ulduz Cenifer Lopezin konsertinə hazırlıqdan da danışıb: “Stadionda bütün işləri yekunlaşdırandan sonra Cenifer Lopezin konsertinə hazırlıqlara start verəcəyik”.


Günel Əbilova