Burada qadın olmaq çətindir

burada-qadin-olmaq-cetindir
Oxunma sayı: 652

Doğrusu, qonşuların reaksiyası mənə maraqlı deyil. Əsas o idi ki, bu azərbaycanlı xanım yerli kişidə görə bilməyəcəyi sevgini, məhəbbəti, sadiqliyi həmin əcnəbidə tapmışdı. Həqiqətən, bu önəmli deyildimi? Elə xəbəri oxuyan yerli kişiləri də qəzəbləndirən həmin azərbaycanlı xanımın kimə ərə getməsi yox, istədiyini əcnəbidə tapması idi. “Niyə məhz əcnəbidə” sualını özlərinə verməyə cəsarətləri çatmamışdı, əslində. Onlara maraqlı olan problemin özü deyildi, nəticəsi idi. Onsuz da, o xanımın baş verənlərdən xəbəri yox idi. Kişilərin aqressiyası yerdə qalan xanımlara qarşı idi. Yəni, bilin, əcnəbi ilə ailə qursaz, sizin də haqqınızda eyni fikirdə olacağıq. Bu haqda bu qədər yetər.

İnsanların hər hansı bir hadisəyə reaksiyası çox önəmlidir. Çünki istər-istəməz şəxsin problemə yanaşması, onun öz altyapısını açıb göstərməsidir. Zweig deyirdi ki, özünə şübhəylə yanaşan şəxs əldə etdiyi hər cür uğuru məsuliyyət kimi qəbul edir. Məsələ insanın hansısa uğuru əldə edib etməməyində deyil, önəmli olan odur ki, başqalarına qarşı həqarətlə yanaşanda özünün nə qədər gülməli hala düşəcəyi həqiqətindən uzaqlaşırsan. Bu həqiqəti zamanında duyanlar dünyanın, bəlkə də, ən xoşbəxt insanlarıdır. Yenə deyirəm, bu həqiqətə sadiq qalaraq kimsəni təhqir etməyə çalışmıram, amma anlamayanların halına da acımamış deyiləm. Bizlərdə günah da görmək olmaz, bu qədər problemlə baş-başa qalmışıq. Sosialdan tutmuş milli-mental problemlərə qədər hər şey eyni anda üstümüzə gəlib. Amma gəlin bir-birimizə balta vurmayaq, bizi baltalayanlara qarşı birgə duraq.

Bircə, bu keçid dövrünü adlaya bilsəydik...