“Bütün diktatorlar təhlükədədir”

<b>“Bütün diktatorlar təhlükədədir” </b>
Oxunma sayı: 285

Bu barədə ABŞ prezidentliyinə keçmiş namizəd Con Makkeyn “Fox News”a müsahibəsində bildirib. “Çin, Rusiya kimi yerlər... Buralarda vəziyyət heç də yaxşı deyil. İnsanlar azadlıq istəyir, məhz elə bu azadlıqları bugünlərdə Liviya xalqı əldə etməkdədir”, - deyə Arizona ştatından respublikaçı senator əmindir. Onun fikrincə, Qəzzafidən sonra növbədə Suriya prezidenti Bəşər Əsəddir – çox yaxın zamanlarda o, da hakimiyyətini itirəcək.

Daha sonra “CBS News”a danışan Makkeyn deyib: “Razıyam, hazırda Liviyada, belə deyək, PR-çevriliş baş verib, ancaq Qəzzafi rejiminin devrilməsi bütün hallarda qaçılmazdır. Buna nə qədər zaman tələb olunur, demək çətindir, ancaq bu, mütləq baş verəcək”. O, həmçinin bildirib ki, yüzlərlə, bəlkə də minlərlə siyasi dustağı Liviya həbsxanalarından azad etmək lazımdır.

Makkeyn hesab edir ki, “istənilən diktatura rejimləri hazırda təhlükədədir”. “Hətta baxmayaraq ki, Ərəb ölkələrində qan axır və biz bilmirik bu nə zaman bitəcək, düşünürəm ki, bütün bunlar vətəndaşlar üçün yaxşı gələcək vəd edir, əks təqdirdə onların demokratiya və azadlığın nə demək olması barədə öyrənmək şansları belə, olmayacaqdı”, - deyə senator vurğulayıb.

O, əmindir ki, “Ərəb baharı” davam edəcək və bütün dünyaya yayılacaq, “axı təsadüfi deyil ki, Suriyada tamamilə yeni qüvvə ilə mübarizə daha da alovlanıb, nümayişlər davam edir”. “Düşünürəm ki, bizim də köməkliyimizlə, təbii mən puldan danışmıram, texnoloji cəhətdən, həmçinin digər fərqli vasitələrlə etdiyimiz yardımlar nəticəsində onlarda hər şey alınacaq”, - deyə Con Makkeyn bəyan edib.

Azadlıq.info


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi