“Çalışırıq ki, ailəmizi qoruyub saxlayaq”

calisiriq-ki-ailemizi-qoruyub-saxlayaq
Oxunma sayı: 642

“Yeganə müğənni deyiləm ki, ailəm, övladlarım olsun. Deyə bilmərəm ki, həyat yoldaşım məni qısqanır, yoxsa mənə güvənmir. Amma o, həmişə mənim yanımdadır. Düzdür, hər bir ailədə çətinliklər, anlaşılmazlıqlar olur. Amma biz problemdən qurtulmaq üçün çıxış yolu axtarırıq. Çalışırıq ki, ailəmizi qoruyub saxlayaq. Amma müsabiqədən sonra həyat yoldaşımdan, ümumilikdə ailəmdən daha çox dəstək gördüm. Çalışıram ki, vaxtımın çox hissəsini ailəmə sərf edim”, - o, dedi.

N.Camal onu da qeyd etdi ki, bəzi insanların fikirincə, Eldarla Nigar müsabiqədən sonra özlərini “ulduz” hesab edirlər. Müğənni həmin insanlara qəti cavab verdi:

“Özümüzü ulduz kimi görmürük. Əksinə, biz özümüzü hamı kimi görürük”, - müğənni bildirdi.