“Camaat bu 400 dolları hardan tapır?” – Günün lətifəsi

camaat-bu-400-dollari-hardan-tapir-gunun-letifesi
Oxunma sayı: 683

Bekarçılıxdan belə qərara gəlirlər ki hərə öz iqtisadiyyatı haqda danışsın. ABŞ-lı deyir ki, bizdə aylıq əmək haqqı 2000$ -dı. Dolanışığa 1500$ xərclənir. Görəsən, camaat qalan 500$-ı hara xərcləyir.

Rusiyalı deyir: “Bizdə aylıq əmək haqqı 1500$ -dı. Dolanışığa 900$ xərclənir. Görəsən camaat 600$-ı hara xərcləyir”.

Azərbaycanlıya söz çatanda deyir: “Bizdə aylıq əmək haqı 300$, dolanışıq isə 700$-dı. Görəsən, camaat bu 400$-ı hardan tapır?”.