Cəlilabad rayonunda tədbir keçirilib - Fotolar

celilabad-rayonunda-tedbir-kecirilib-fotolar
Oxunma sayı: 1284

“Vətəni tanı” ümumrespublika kampaniyası öz seçim turlarını bu dəfə Cəlilabadda həyata keçirib. Milli Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 150 cəlilabadlı gəncin iştirakı ilə keçirilən kampaniyada gənclər vətənimizi necə tanıdıqlarını nümayiş etdiriblər. İstər xəritədə, istərsə də elektron variantda gənclər aktiv olublar. Kampaniyanı həyata keçirən işçi qrupunun rəhbəri, Milli Şuranın üzvü Əligül Ağayev cəlilabadlı gəncləri seçim turunun qaydaları, məqsəd və vəzifələri barədə məlumatlandırıb.

Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. “AVA” Skandinaviya klinikası, FİXED Borders də kampaniyaya dəstək verir. Kampaniyada 12000 gəncin iştirakı qarşıya məqsəd qoyulub.

Nərgiz Ehlamqızı