Cəlilabadda maye qaz balonu daşıyan maşın aşdı- Yollar bağlandı

celilabadda-maye-qaz-balonu-dasiyan-masin-asdi-yollar-baglandi-
Oxunma sayı: 737

Onların bildirdiyinə görə, maye qaz daşıyan avtomobil elə asfaltdaca partlayıb. Baş verən partlayışın gücündən həmin maşına yaxın olan avtomobillərin də bir-neçəsinin partladığı bildirilir.

Hazırda baş vermiş hadisə ilə bağlı Cəlilabad-Bakı yolu bağlanılıb. Hadisə yerində hüquq-mühafizə orqanının əməkdaşları işləyir.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı ilə bağlı araşdırma aparırıq. Əlavə məlumat əldə edən ki, təqdim edəcəyik.

Cəlilabad polisindən “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən ərazidə maye qaz bolanları daşıyan maşın aşıb. Lakin heç bir partlayış baş verməyib: “Sadəcə ətrafdakı insanlar panikaya düşüblər”.

Yolların bağlanmasının baş verə biləcək partlayış təhlükəsi ilə bağlı olduğunu izah edən polis əməkdaşı hadisə nəticəsində xəsarət alanların olmadığını da deyib. Onlar hazırda ərazini mühafizə etdiklərini də vurğulayıblar.