Cəmilə Azərbaycanda yeni sistem tətbiq edir

cemile-azerbaycanda-yeni-sistem-tetbiq-edir
Oxunma sayı: 1385

Bu barədə “Qafqazinfo”ya məlumat verən sənətçi bildirib ki, Rusiyada və ümumiyyətlə, dünya təcrübəsində müğənnilərin mini-disklə işləməsi dövrü artıq geridə qalıb: “Artıq əksər yerlərdə flash-kartdan istifadəyə üstünlük verirlər. Bu, daha rahatdır. Flash-kart ölçüdə daha balaca olsa da, oraya 14-15 mahnının ancaq yerləşdiyi mini-diskdən fərqli olaraq, 10, hətta 100 dəfə artıq mahnı yerləşdirmək olar. Niyə görə bu sistem Azərbaycanda da tətbiq edilməsin?”.

İyulun 21-də «Bakı gecələri» restoranında konsert verməyə hazırlaşan müğənni konsertöncəsi jurnalistləri bir araya toplayıb, onlara yeni mahnılarının toplandığı flash kartlar hədiyyə edəcək. Müğənni belə flash kartların satışa çıxarılacağını da deyir.

Elruh