Çempionlar Liqası: eyni hesab, fərqli nəticə

cempionlar-liqasi-eyni-hesab-ferqli-netice
Oxunma sayı: 679

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycanı turnirdə təmsil edən “Azərreyl” və “Rabitə” meydançadan fərqli nəticələrlə ayrılıblar. “Dəmiryolçular” səfərdə “Volero”nu 3-1 hesablı məğlubiyyətə uğradıb. “Rabitə” isə Polşanın “Atom” klubuna eyni hesabla məğlub olub.
Qeyd edək ki, cavab oyunları bir həftə sonra keçiriləcək.
1/8 final mərhələsinin ilk oyunları

“VOLERO” (İSVEÇRƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:22, 24:26, 16:25)
Hakimlər: Silvian Lungi (Rumıniya), Fabrise Kollados (Fransa)
Sürix, “Sportanlage İm Birch”

“ATOM” (POLŞA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 3:1 (22:25, 25:22, 25:20, 26:24)
Hakimlər: Qoran Qradinski (Serbiya), Arturo di Qiakomo (Belçika)
Sopot, “Hala Ergo Arena Qdansk”

Ceyhun Əhmədov