Cüdo Federasiyasından həbs edilən idmançı ilə bağlı - Açıqlama

cudo-federasiyasindan-hebs-edilen-idmanci-ile-bagli-aciqlama
Oxunma sayı: 707

Bununla bağlı Azərbaycan Cüdo Federasiyası açıqlama yayıb. Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, Tariyel Qurbanov Azərbaycan çempionu olmayıb və Azərbaycan çempionu adı uğrunda gedən yarışlarda belə bir idmançı yer qazanmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl yayılan məlumtda bildirilirdi ki, cüdo üzrə Azərbaycan çempionu Tariyel Qurbanov həbs edilib. Onu Yasamal rayon Polis İdarəsinin əməkdaşları tutublar. Bir vaxtlar peşəkar idmanda ad çıxaran T.Qurbanov bu dəfə peşəsini oğurluğa dəyişib. Belə ki, T.Qurbanov oktyabrın 2-si saat 22:00 radələrində Ə.Ələkbərov küçəsində yerləşən Natiq Məmmədova məxsus mağazanın kassasından 300 manat oğurlayıb.

Əvvəllər dələduzluq etdiyinə görə məhkumluq həyatı yaşayan T.Qurbanov cinayəti ehtiyacdan törətdiyini bidlrib. "Bir müddət əvvəl mühafizə xidmətində işləyirdim. Artıq iki aydır, işsizəm. Ona görə də pula ehtiyacım vardı".

Nigar Məmmədli