Dağıstanda dəhşətli partlayışda 13 nəfər öldü -Yenilənib

dagistanda-dehsetli-partlayisda-13-nefer-oldu-yenilenib
Oxunma sayı: 675

“İnterfaks”ın xəbərinə görə, Mahaçqaladakı partlayışlar zamanı xəsarət alanların sayı 101 nəfərə çatıb. Onlardan 69-u xəstəxanaya yerləşdirilib və 6 nəfərin vəziyyəti olduqca ağırdır. 13 nəfər isə terrorun qurbanı olub.

Dağıstanın güc strukturlarındakı mənbə isə RİA “Novosti”yə bildirib ki, iki partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çata bilər. Güc strukturlarındakı mənbə beş nəfər, o cümlədən, Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının hadisə yerində, daha üç nəfərin isə xəstəxanada dünyasını dəyişdiyini söyləyib. İtkin düşənlər arasında da FHN əməkdaşları var.

Milli Antiterror Mərkəzindən yayılan açıqlamada partlayışların gücü 30 və 50 kiloqram tratilin ekvivalentində olub. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev nazirliyin Şimali Qafqaz üzrə baş idarəsinin rəisi Sergey Çençiki Dağıstana yollayıb. Polisin məlumatına görə, partlayışların baş verdiyi yerdə aşkarlanmış naməlum cəsədlərin terror aktını törədən kamikadzeyə aid olduğu ehtimal olunur.

azadliq.info
-------
“Qaqazinfo”nun “İnterfaks”a istinadən məlumatına görə, partlayışlar 20 dəqiqəlik intervalla törədilib. Birinci partlayış Mahaçqala-Həştərxan yolunda qurulmuş “Alyaska-30” polis postunda baş verib. Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal edilir.

İlkin məlumalara görə, partlayışda xəsarət alanlar var. Bu hadisədən 20 dəqiqə keçdikdən sonra ikinci partlayış törədilib.

Xəbər verilir ki, “QAZel” markalı avtomobilə yerləşdirilmiş 50 kq tratilin partlaması nəticəsində baş verən ikinci partlayış daha güclü olub.