Dağıstanda matəm elan olundu

dagistanda-matem-elan-olundu
Oxunma sayı: 653

Dağıstan respublikasının rəhbəri Maqomedsalam Maqomedov bunu bildirib. Dağıstan daxil işlər naziri Əbdurəşid Maqomedov isə qurumun bu terror aktlarını törədənlər və təşkilatçıları barədə məlumata malik olduğunu bəyan edib. O, şahidlərin olduğunu, həmçinin milis postu yaxınlığında birinci partladılan avtomobilin sahibinin müəyyənləşdirildiyini deyib. Hazırda həmin avtomobilin cinayətkarların əlinə necə düşməsi araşdırılır.

Qeyd edək ki, milis postu yaxınlığında iki partlayış nəticəsincə 14 nəfərin öldüyü, 100-dən çox adamın yaralandığı xəbər verilir. Ölənlərdən 3-ü fövqəladə hallar nazirliyinin, 7-i daxili işlər nazirliyinin əməkdaşlarıdır, biri hərbçi, biri isə dinc sakindir. Digər iki nəfərin kimliyi hələlik məlum deyil.

Rusiya prezidenti Dmitri Medvedev partlayışlar nəticəsində ölən və yaralıların ailələrinə bütün lazımi köməkliyin göstərilməsi barədə Dağıstan respublikasının rəhbəri Maqomedsalam Maqomedova tapşırıq verib.

anspress