Daha bir baş məşqçi istefa verdi

daha-bir-bas-mesqci-istefa-verdi
Oxunma sayı: 690

Azerisport.az xəbər verir ki, “Ankaragücü” ilə Ziya Doğan qarşılıqlı razılaşma əsasında yollarını ayırmağa qərar verib.

Qeyd edək ki, bu komandanı cari mövsümkü işləri o qədər də yaxşı getmir. Bu gün Ziya Doğan ilə klub prezidenti Sami Altınyuva arasında görüş olub. Məhz bu görüşdən sonra tərəflər yollarını ayırdıqlarını açıqlayıblar.

Hələlik, komandanın yeni baş məşqçisinin kim olacağı dəqiq bilinmir. Futbolçular müvəqqəti olaraq köməkçi məşqçilərin ixtiyarında olacaqlar.

Son turda səfərdə “Antalyaspor”a minimal hesabla məğlub olan “Ankaragücü”nün 18 komanda arasında 6 xalla sonuncu pillədə qərarlaşdığını da vurğulayaq. Geridə qalan 15 turda bu komanda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib.