Deputat seçicilərin problemini yerində həll etdi

deputat-secicilerin-problemini-yerinde-hell-etdi
Oxunma sayı: 681

“Qafqazinfo”nun məlumatına görə, 47 saylı Mingəçevir seçki dairəsinin deputatı olan Aydın Mirzəzadə mütəmadi olaraq seçiciləri ilə görüşür və onların problemlərini dinləyir. Bu günkü görüşdə 50-dən çox seçici qəbul olunub. Onların problemləri dinlənilib, bəziləri yerindəcə həll edilib, bəzi problemlər isə qeydə alınıb. 20 nəfər seçicinin iş problemi aradan qaldırılıb. Onlar özəl obyektlərdə işlə təmin olunublar. Digər seçicilərin təhsil, müalicə, sosial yardım problemləri də həll edilib.

Millət vəkili Beyləqan rayonuna səfəri zamanı görüşdüyü mingəçevirli əsgərin problemlərini də həll edib. Əsgərin atası işlə təmin olunub və anasının Bakıda müalicə alması üçün şərait yaradılıb.