“Din xadimləri terrorun qurbanları olurlar” - Tədbir

din-xadimleri-terrorun-qurbanlari-olurlar-tedbir
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükür Paşazadə deyib ki, din xadimləri Qafqazın layiqli gələcəyini təmin etmək üçün əllərindən gələn hər şeyi etməlidirlər.
QMİ sədri regionda hələ də tam stabilliyin bərqərar olmamasını təəsüflə qeyd edib: “Qafqazın dini liderləri qanlı terror aktlarının təkcə şahidləri deyil, bəzən də onların qurbanları olurlar”.
Onun sözlərinə görə, Şura fəaliyyətində öz prinsiplərinə ciddi riayət edərək Qafqaz xalqları, o cümlədən xristian və yəhudi konfessiyaları arasında qarşılıqlı hörmət və etimadı qoruyub saxlanmağı və genişləndirməyi bacarıb.
Şeyxülsilam Alaşükür Paşazadə iclasın snunda bildirib ki, din xadimləri gələcək nəsillər naminə bundan sonra da səy göstərməlidirlər. “Bu da yalnız dialoq və qarşılıqlı anlaşma əsasında mümkündür”, -deyə qeyd edib.


Səidə