Dolu gözlənilir

dolu-gozlenilir
Oxunma sayı: 956

Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək

Mayın 26-da isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Rayonlarda da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Nigar Məmmədli