Dostunun təhqir olunmasına dözmədi

dostunun-tehqir-olunmasina-dozmedi
Oxunma sayı: 654

Hadisə qəsəbədəki internet klublarından birinin qarşısında baş verib.

“Saray qəsəbəsində şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Tağıyev Bəybala Əlövsət oğlu Süleymanov Abbasqulu Yavər oğlu və Ələkbərov Saleh Zöhrab oğluna bıçaq xəsarəti yetirib” – deyə Abşeron RPŞ-nin bölmə rəisi Bilal Nəbiyev bildirib.

Qeyd edək ki, hadisənin baş verdiyi gün səhər saatlarında 16 yaşlı Bəybala Tağıyevin mobil telefonuna dostu elxan tərəfindən zəng vurulub. Elxan Bəybalaya iki nəfərlə mübahisə etdiyini və onun köməyinə ehtiyacı olduğunu bildirəndən sonra Tağıyev bıçağını götürərək dostunun harayına yollanıb. “Dostum zəng elədi ki, söhbət var, getdim. Gördüm dalaşırlar vurdum ikisini də”.

Bəybalanın hadisəni niyə törətməsinə isə verdiyi cavab çox qəribə olub. “Dostuma şəlpəqulaq deyiblər ona görə”.

Faktla bağlı Bəybala Tağıyev barəsində Abşeron rayon polis şöbəsində cinayət məcəlləsinin 126.2.1 iki və ya daha çox şəxsə, həmçinin 126.2.4 ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

anspress