Dövlət büdcəsindən yeyintilərlə bağlı şok rəqəmlər

dovlet-budcesinden-yeyintilerle-bagli-sok-reqemler
Oxunma sayı: 710

“Qafqazinfo”nun məlumatına görə, qərargah ötən ilki daşqınla bağlı ASC-yə göndərdiyi suallara məhkəmə yolu ilə cavab almağa məcbur olub. O vaxt dövlət strukturlarının günahı üzündən Kür məcrasından çıxaraq 100 min ha sahəni və 20 min evi basmışdı, deyə qərargahın əlaqələndiricisi Oqtay Güləliyev bildirib.

ASC su təsərrüfatının idarə edilməsi, sahilbərkitmə işləri, bənd tikintisi, Kür və Arazın dibinin təmizlənməsi, bu məqsədlə son illər xərclənən vəsaitlər barədə suallara aydın cavab vermək istəmir.

Amma Milli Büdcə Qrupunun məlumatına görə, 2004-2011-ci illərdə dövlət büdcəsindən (2010-cu ildə ayrılan əlavə vəsaitlər nəzərə alınmır) “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 1,1 mlrd manat vəsait ayrılıb. İllər üzrə ayrılan vəsaiti təqdim edirik:

2004 - 39,4 mln AZN
2005 - 48,6 mln AZN
2006 - 67,3 mln AZN
2007 - 141,1 mln AZN
2008 - 153,3 mln AZN
2009 - 199,2 mln AZN
2010 - 205,8 mln AZN
2011 - 219,2 mln AZN

Təkcə 250 mlnmanat xarici kredit barədə məlumat var. Amma borc məbləği daha çox ola bilər.

Bütün bu vəsaitlər ölkədə su balansını normal vəziyyətdə saxlamalı idi. O cümlədən Kür və Arazın sahilinin bərkidilməsi, bəndlər, çayın dibinin və deltasının təmizlənməsi və s. üçün xeyli vəsait ayrılmışdı.

Amma ötən ilin iri miqyaslı daşqını göstərdi ki, sistem yaşayış məntəqələri və kəndli təsərrüfatlarının təhlükəsizliyini təmin edə bilmir. Bunun müqabilində heç kəs cəzalandırılmadı. Bir sıra ziyan çəkən təsərrüfatlar isə hələ də özünə gələ bilmir. ASC-nin sədri Əhməd Əhmədzadə isə bu il su tənzimlənməsi sahəsində xidmətlərinə görə yüksək dövlət təltifinə layiq görülüb.