Dövlət himnini oxumaqdan imtina edən futbolçu millidən qovuldu

dovlet-himnini-oxumaqdan-imtina-eden-futbolcu-milliden-qovuldu
Oxunma sayı: 634

Azerisport.az xəbər verir ki, bu dəfə o, ölkəsinin milli himnini oxumaqdan imtina edib.

Belə ki, o, İspaniyaya qarşı keçirilən yoldaşlıq oyunu zamanı dövlət himnini ifa etməkdən boyun qaçırıb. Bu üzdən də Serbiya Futbol Federasiyası və baş məşqçi Sinişa Mihayloviç onu yığmanın heyətindən uzaqlaşdırıb.

Qeyd edək ki, Mihayloviç yığmaya cəmi bir neçə həftə öncə baş məşqçi təyin olunub. Onun millinin sükanı arxasına keçdikdən sonra tətbiq etməyə başladığı əsas qaydalardan biri də yığma üzvlərinin hər oyun öncəsində səslənən dövlət himnini oxuması tələbidi. Lakin yeni çalışdırıcının bu tələbi Lyayiç tərəfindən yerinə yetirilmədiyindən, futbolçu əsas komandadan qovulub.

Maraq üçün bildirək ki, Serbiya yığmasının əksər üzvləri xristianlardı. Onlardan fərqli, müsəlman olan Lyaçiçin dövlət himnini şəxsi səbəblərdən oxumaq istəmədiyi bildirilir. Federasiya 20 yaşlı futbolçunun qərarını dəyişəcəyi halda milliyə qayıdışının mümkünlüyünü də bəyan edib.

Lyaçiç İtaliyanın “Fiorentina” klubunda çıxış edir. O, bir müddət öncə Florensiya klubunun baş məşqçisi Delio Rossini təhqir etdiyi üçün yumruqlanmışdı. Bu üzdən də sözügedən mütəxəssis postundan qovulmuş, Lyaçiç isə sərt şəkildə cəzalandırılmışdı.