BDU birinci oldu

bdu-birinci-oldu
Oxunma sayı: 1170


“Qafqazinfo”ya daxil olan məlumata görə, respublikanın əksər ali məktəblərinin mətbuat katiblərinin təmsil olunduqları səhifədə ilk beşlik müəyyənləşib. Qrupun fevral ayı üzrə fəalı Bakı Dövlət Universiteti olub. Sonrakı yerləri Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Tibb Universiteti tutub. 

Xatırladaq ki, Təhsil Nazirliyinin “Ali Təhsil müəssisələri” Facebook səhifəsinin yaradılması, işinin təşkili və qrup üzvlərinin fəaliyyətinin təkmilləşdirilməsində əsas məqsəd ölkəmizdəki təhsil islahatlarının nəticələrini və hər bir təhsil müəssisəsinin həyatında baş verən yenilikləri paylaşmaq,  ali təhsil müəssisələri arasında informasiya mübadiləsini təşkil etmək, vahid informasiya siyasətini həyata keçirməkdir.