Bu gün Bakı Dövlət Universitetində Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub.
"Qafqazinfo" xəbər verir ki, mərasimdə AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) müdir müavini Ali Maskan, universitetin rektoru Abel Məhərrəmov, Türkiyənin səfiri Alper Coşkun və başqaları iştirak edib. Açılışda çıxış edən Abel Məhərrəmov bildirib ki, BDU-nun təşəbbüsü və TİKA-nın dəstəyi ilə təmir olunan studiya 1981-ci ildə yaradılıb və artıq müəllim və tələbələrin ixtiyarına verilir.
Yeni təmir olunmuş studiya ilə yaxından tanış olan Əli Həsənov çıxış edərək yaradılmış şəraitlə bağlı müəllim və tələbə heyətini təbrik edib. Bildirib ki, jurnalistika fakültəsində yaradılmış hər bir şərait gələcəkdə KİV-in inkişafına bilavasitə dəstəkdir.


Son xəbərlər
Son Xəbərlər