BDU-da “Bakı K-pop festivalı” keçiriləcək

bdu-da-baki-k-pop-festivali-kecirilecek
Oxunma sayı: 718

Koreya Respublikasının Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində Dövlət Universitetinin əsas binasının akt zalında “Bakı K-pop festivalı” təşkil ediləcək. 

Səfirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə K-pop müsabiqəsilə yanaşı Azərbaycanlı müğənninin təbrik ifası, biletlər əsasında lotereya və Koreyaya dair fotosərgisinin keçirilməsi planlaşdırılır. Tədbirə hamı dəvətlidir və giriş ödənişsizdir. 

Bu il dördüncü dəfə keçiriləcək sözügedən müsabiqədə keçən il 21 komanda tərkibində 37 nəfər uğurla iştirak edib. Bakı K-pop Festivalı Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı, Bakı Dövlət Universiteti və Azərbaycandakı Koreyasevərlər Assosiasiyasının (HANSAMO Azerbaijan) dəstəyi ilə həyata keçirilir. Nuray Kərimovanın sədri olduğu HANSAMO Assosiasiyası onlayn facebook səhifəsi vasitəsilə 2000-ə yaxın Koreyasevəri və K-pop sevəri öz ətrafında cəmləyir.