BDU-da beynəlxalq elmi-praktiki konfrans

bdu-da-beynelxalq-elmi-praktiki-konfrans
Oxunma sayı: 2291


"Qafqazinfo"ya daxil olan məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov konfransı açıq elan edərək uğurlar arzulayıb. Sonra hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev konfrans haqqında tədbir iştirakçılarına məlumat verib və fakültənin təsisçisi olduğu “Tələbə Hüquq Jurnalı”nın birinci buraxılışını təqdim edib. 

Təqdimat zamanı tələbələrin elmi fəaliyyəti yüksək qiymətləndirilib və iki tələbəyə - Orxan Abdulkərimli və Günel Abdullayevaya ən yaxşı elmi məqaləyə görə Fəxri fərman verilib. Tədbirdə Kiyev Milli Aviasiya Akdemiyasının professoru, Ukraynanın Əməkdar elm xadimi Arif Quliyevin “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” adlı kitabının təqdimatı keçirilib. 

Hüquq fakültəsində 6 bölmə üzrə keçirilən konfransa Azərbaycandan və müxtəlif ölkələrdən 170-dən çox məruzə təqdim edilib.