İclasda 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin hesabatı dinlənilib. Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 127 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.
Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 59 monoqrafiya, 74 kitab, 81 dərslik, 127 dərs vəsaiti, 2567 məqalə, o cümlədən 1952 məqalə respublikada, 615 məqalə xaricdə, 1321 tezis, o cümlədən 721 tezis respublikada, 600 tezis xaricdə, 28 metodik göstəriş, 404 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 25 doktorluq və 169 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik etmişlər. 17 doktorluq və 109 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy veriblər.
Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırıb. Hesabat ilində Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 36 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb.
Son xəbərlər
Son Xəbərlər