BDU-da elmi-tədqiqat işlərinə həsr olunmuş tədbir keçirilib

bdu-da-elmi-tedqiqat-islerine-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 1746

Bakı Dövlət Universitetində “BDU-Clarivate Analytics (“Thomson Reuters”) Şirkəti” əməkdaşlığı çərçivəsində “Tədqiqatçının və elmi müəssisənin nəşr strategiyası ” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident yanında Elmin İnkişafı Fondunun, Təhsil Nazirliyinin əməkdaşlarının, universitetin professor-müəllim heyəti, elmi işçilərinin iştirak etdiyi tədbirdə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə universitetdə yerinə yetirilən elmi-tədqiqat işlərindən, elmi məqalələrin beynəlxalq standartlara uyğun yazılmasının əhəmiyyətindən danışıb. 

Daha sonra “Clarivate Analytics” Şirkətinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə şirkətin fəaliyyətində yeni funksiyalar və onların faydaları haqqında məlumat verib.

Şirkətin digər əməkdaşı “Biopolymer and Cell” jurnalının redaksiya heyətinin rəhbəri və Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi İrina Tixonkova mövzu üzrə məruzə edib.

Sonda iştirakçıların mövzular ətrafında sualları cavablandırılıb.