BDU-da həlak olan tələbə haqda tədbir keçirildi

bdu-da-helak-olan-telebe-haqda-tedbir-kecirildi
Oxunma sayı: 3414

Bu gün Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 2015-ci ildə avtomobil qəzasında dünyasını dəyişən mərhum tələbə Kamran Babazadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib, həyatından bəhs “19-cu Bahar” adlı kitabın və klipin təqdimatı baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, fakültənin professor-müəllim və tələbə heyətinin, o cümlədən qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələrinin, jurnalistlərin iştirak etdiyi tədbiri giriş sözü ilə Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova açaraq mərhumu savadlı, çalışqan, qabiliyyətli və gülərüz tələbə kimi xarakterizə edib, onun xatirəsinin müəllimləri, yaxınları və dostları üçün hər zaman əziz qalacağını bildirib.

Tədbirdə millət vəkili Adil Əliyev, Coğrafiya faklütəsinin dekan müavini, dosent Ramiz Əhlimanov, İqtisadi və Sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamanov, kafedranın baş müəllimi Mübariz Orucov, jurnalist-publisist Telli Pənahqızı, ailə dostları Kamran Nəsibov çıxış edərək Kamran Babazadənin savadlı və sosial aktivliyi ilə seçilən tələbələrdən olduğunu bildiriblər.  

Sonda Kamran Babazadənin anası Mailə Babazadə övladının xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə univeristet rəhbərliyinə və təşkilatçılara təşəkkür edib.