Bakı Dövlət Universitetində mərhum lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə BDU-nun inzibati binasında Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, xatirəsini yad ediblər.
Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib.
Baş nazirinin müavini, YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov mərhum prezident Heydər Əliyevin ölkəmizin quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib.
Sonra Bakı Dövlət Universitetinin idman kompleksində ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş fakültələrarası futbol turnirində və digər idman növləri üzrə yarışlarda qalib olmuş şəxslərə mükafatlar təqdim edilib.
Futbol turnirində tarix fakültəsi birinci, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ikinci, sosial elmlər və psixologiya, hüquq fakültələri üçüncü yerləri tutublar.


Son xəbərlər
Son Xəbərlər