BDU-da Respublika Günü qeyd edildi- - Fotolar

bdu-da-respublika-gunu-qeyd-edildi-
Oxunma sayı: 1199


"Qafqazinfo"ya daxil olan məlumata görə, rektor, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib. Rektor müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin yaradılmasından, Xalq Cümhuriyyəti yaradıcılarının tarixi xidmətlərindən, bu əlamətdar hadisənin millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi qoyduğu izlərdən bəhs edib. 

Daha sonra BDU-nun professoru, millət vəkili Musa Qasımlı, akademik Vasim Məmmədəliyev, tələbələr adından isə hüquq fakültəsinin tələbəsi Nihad Səmidzadə çıxış ediblər.