BDU-da soyqırımı qurbanları anılıb

bdu-da-soyqirimi-qurbanlari-anilib
Oxunma sayı: 677

 

“Qafqazinfo”ya daxil olan məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanıların soyqırım haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Rektor Abel Məhərrəmovun sözlərinə görə, hər il martın 31-ni Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. 

Tədbirdə həmçinin tələbələrin çıxışları dinlənilib.

Qeyd edək ki, bu gün, eyni zamanda, BDU-nun jurnalistika faklütəsinin bir qrup tələbə və müəllimləri “Dəvəli” ASC-nin təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksində olublar.