BDU-da xarici dillərin tədrisi metodikası müzakirə edilib

bdu-da-xarici-dillerin-tedrisi-metodikasi-muzakire-edilib
Oxunma sayı: 1566

Bakı Dövlət Universitetində xarici dillərin tədrisi metodikası ilə bağlı seminar keçirilib. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, seminarda yeni tədris və tədqiqat metodlarının tətbiqi, yeni sillabusların beynəlxalq təcrübəyə əsaslanaraq yaradılması, universitetin hazırlıq şöbəsinin nəzdində humanitar və texniki fənlərin öyrədilməsi prosesində xarici dillərin tədrisi metodikası müzakirə edilib.

Seminar Beynəlxalq departamentin dekanı Gülheyran Rəhimovanın rəhbərliyi altında universitetin qərb dillərini tədris edən müəllimləri Nilufər Mahmudova, Nigar Seyidova, Mənsurə Ağayeva, İlkanə İsmayılova, Mətanət Əliyeva, Fərəh Məmmədova tərəfindən keçirilib.

Seminarda Azərbaycan dilini tədris edən müəllimlər də iştirak ediblər.