"Qafqazinfo"ya BDU-dan daxil olan məlumata görə, Universitetin Avropa Birliyinin Tempus proqramına təqdim etdiyi qrant layihəsinin qalibi olması ilə əlaqədar keçirilən təqdimat mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetində dünya elminin qabaqcıl istiqaməti olan nanotexnologiya sahəsində intensiv elmi tədqiqat işlərinin aparılmasından bəhs edib. O, bildirib ki, universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir. Nanotədqiqatlar istiqamətində BDU-da son 5 ildə ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib, bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə digər elmi jurnallarda dərc edilib. Alimlərimizin apardığı elmi işlər dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarında müzakirə edilib və bu tədqiqat işləri yüksək qiymətləndirilib. Rektor həmçinin alimlərimizin işlərinin monoqrafiya şəklində xarici ölkələrdə dərc edilməsindən, BDU-da eyni zamanda bu mühüm istiqamətdə təhsilin bakalavr, magistr və doktorantura pilləsində kadr hazırlığı aparılmasından bəhs edib. O, bildirib ki, BDU-da artıq magistr sahəsində 3 istiqamətində "Nanoquruluşların fizikası", "Nanomaterialların fiziki kimyası", "Nanobiotexnologiya sahəsində" kadr hazırlanır. Universitet alimlərinin bu sahədə kifayət qədər böyük potensiala və təcrübəyə malikdir.
Məlumdur ki, nanotexnologiyanın sürətli inkişafı nəticəsində bir çox sahələrdə böyük faydalar verməklə bərabər bir sıra problemlər də yaradır. Nanotoksoqologiya sahəsi bəşəriyyət üçün böyük problem yaratdığı kimi, nanoelmin inkişafı həm də bir sıra ekoloji problemlərin həllində böyük fayda verə bilər. Bu məqsədlə universitet alimləri respublikanın bir sıra özəl və dövlət ali təhsil müəssisələrinin iştirakı ilə , İtaliyanın La Sapenieza Universiteti, Fransanın Paris Universiteti, Yunanınstanın Patras Universiteti ilə birgə "Nanoekologiya mühəndisliyi ixtisaslaşması" üzrə daha mükəmməl magistr proqramının hazırlanması məqsədi ilə Avropa Birliyinin Tempus proqramına qrant layihəsi veriblər və dəyəri 655000 avro olan qrant layihəsinin qalibi olublar. ECONANO layihəsinin əsas məqsədi ekologiya ilə əlaqədar möcud olan proqramalara nanoelmin nailiyyətlərini daxil etməklə onu müasirləşdirməsi və nanoekologiya ixtisaslaşması sahəsində daha ali magistr proqramlarının hazırlanmasıdır. Layihə çərçivəsində tələbə mübadiləsi, mükəmməlləşdirilmiş magistr proqramının hazırlanması, elmi əməkdaşlıq və digər məsələlər yerinə yetiriləcəkdir.
Layihənin uğula yerinə yetirilməsi məqsədi ilə Romanın La Sapienza Universitetindən baş kordinator prof. Luca Di Palma, prof. Angelio Chianese və Stefana Della Corte, Fransanın Parij Universitetindən prof. Jean Philippe Passarello, prof. Mounir Ben Amar, Yunanıstanın Patras Universitetindən Petros G. Koutsoukos iştirak edir. Azərbaycan tərəfdən BDU-nun kordinatorluğu ilə Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaar Universiteti , Təhsil Nazirliyi və Azərecolab özəl şirkəti iştirak edir.
Son xəbərlər
Son Xəbərlər