Universitetdən “Qafqazinfo”ya daxil olan məlumata görə, festivalı BDU rektorunun müşaviri, professor İsmayıl Əliyev açaraq onun işinə uğurlar arzulayıb. Festivalda UniPock`s və Atarashi Hoshi yapon qruplarının, eyni zamanda yapon dilinin də tədris olunduğu 225 saylı məktəbin şagirdlərinin ifasında mahnılar səsləndirilib. Sonra yapon nağıllarının üzərində qurulmuş tamaşa təqdim olunub. Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və yapon mədəniyyəti haqqında daha da ətraflı informasiya çatdırmaq məqsədi daşıyan festivalın ikinci hissəsində oriqami, suşi, çay mərasimi, yapon yeməkləri, kimono və ikebana təqdim olunub. İkebana və oriqami üçün ayrılan xüsusi otaqlarda güllərin və oriqaminin sərgisi də keçirilib. Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiriyinin Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətininnümayəndələri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər