BDU-da yubiley tədbiri - - Foto

bdu-da-yubiley-tedbiri-
Oxunma sayı: 1071


“Qafqazinfo” xəbər verir ki, universitetin rekoru, akademik Abel Məhərrəmov 2000-ci ilin may ayından fəaliyyətə başlayan şöbənin işindən, bu illər ərzində əldə etdiyi uğurlardan, mətbuatla münasibətlərindən bəhs edib, universitetin 95, şöbənin isə 15 illik yubileyinə həsr olunmuş «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» kitabından danışıb. 

Sonra Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “15 illik şərəfli yol” adlı təqdimatla çıxış edib. P.İbrahmiova Mətbuat və informasiya şöbəsinin fəaliyyət istiqamətlərindən, əməkdaşlıq etdikləri media qurumları ilə münasbətlərdən, Facebook, Twitter  və Youtube kanalındakı fəaliyyətlərindən, universitetin, fakültə, sturktur, mərkəz və şöbənin saytlarından, onların idarə olunması xüsusiyyətlərindən, şöbə tərəfindən 3 dildə hazılanmış «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» kitablarından, keçirdikləri müxtəlif səpgili tədbirlər və müsabiqələrdən və hər ilin sonunda aparıqları mətbu monitorinqlərdən danışıb. Onu da bildirib ki, Media Consalting and Service şirkətinin araşdırmasına görə BDU 2014-cü il ərzində xəbər yayımına görə liderliyini qoruyub, şöbə Təhsil Nazirliyinin «Ali Təhsil müəssisələri» Facebook səhifəsinin aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin informasiya mübadiləsi baxımından ferval və mart ayı üzrə qalibi olub. P.İbrahimova sonda 15 il ərzində fəaliyyətlərini diqqətdə saxlayan KİV rəhbərlərinə və jurnalistlərə, o cümlədən KİV ilə münasibətlərin daha da möhkəmləndirilməsindəki müstəsna xidmətlərinə görə rektor Abel Məhərrəmova «Mətbuat və informasiya şöbəsinin fəxri üzvü» xatirə mükafatını təqdim edib. 

Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev universitet-mətbuat münasibətlərindən, şöbənin uğurlu fəaliyyətindən danışıb və təqdim olunan kitabla bağlı maraqlı fikirlər səsləndirib. 

Şöbənin media ilə əlaqələrini yüksək qiymətləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov «İctimaiyyətlə əlaqələrin qurulmasındakı səmərəli fəaliyyətə görə və 15 illik yubileyi münasibətilə» Mətbuat Şurasının diplomunu BDU Mətbuat və informasiya şöbəsinin müdirinə təqdim edib.

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib ki, BDU-nun mətbuat və informasiya şöbəsi son bir il ərzində nazirliyin 3 müxtəlif təltifinə layiq görülüb. Onun sözlərinə görə, universitetin mətbuat xidməti bu gün ali məktəblər içərisində öz fəaliyyəti və operativliyi ilə seçilir, fərqlənir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün informasiya, məlumatın əldə edilməsinin cəmiyyətin mühüm hissələrdən biri olduğunu hesab edib. 

Sonra rəhbərlik etdiyi Kütləvi İnformasiya Vasitəsində Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatlar yayımlandığına, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə bir neçə KİV rəhbəri “BDU-ya informasiya dəstəyi” və «Universitetin dostu» mükafatları ilə ilə təltif ediliblər.