Təhsil Nazirliyi və ADA Universitetinin təşkil etdiyi “Tədqiqat metodları”na dair təlim işi yekunlaşdırılıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, dörd ay davam edən təlim zamanı yeni tədris metodları və tədqiqat üsulları tədris olunub. Təlimə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Milli Konservatoriyası, Memarlıq və İnşaat Universiteti, Təhsil Problemləri İnstitutu və digər təhsil müəssisələrindən olan 40 nəfər müəllim, elmi işçi və doktorant cəlb edilib.
Təlimdə Bakı Dövlət Universitetinin tarix, jurnalistika, filologiya, sosial elmlər və psixologiya fakültəsindən 12 əməkdaş iştirak edib. Təlim 2 mərhələdə həyata keçirilib.
Müxtəlif ali məktəblərdən olan mütəxəssislər tərəfindən tarix, dilçilik, jurnalistika, iqtisadiyyat, sosial elmlər, kimya, musiqişünaslıq ixtisaslarının tədqiqat metodlarına dair fənn proqramları hazırlanıb. BDU əməkdaşları bu təlim kursunu uğurla başa başa vurublar. Sonda iştirakçılar müvafiq sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, “Tədqiqat üsulları” fənninin bütün ali məktəblərin magistratura pilləsində tədrisi nəzərdə tutulur.


Son xəbərlər
Son Xəbərlər