"Qafqazinfo"ya daxil olan məluamata görə, tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov təhsilin və elmin inkişafında, müasir dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olan José Gratsiano da Silvanın bütün dünyada, o cümlədən Azərbaycanda yaxşı tanınan böyük şəxsiyyət, görkəmli siyasətçi olduğunu bildirib.
Sonra rektor qonağa universitetin tarixi, beynəlxalq əlaqələri, tələbələrin uğur və nailiyyətləri barədə məlumat verib. «Elmin və təhsilin inkişafında böyük roluna, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənləndirilməsində, dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində əvəzsiz xidmətlərinə görə» Jose Qratsiano da Silva Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülüb. Rektor Fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib.
Sonra ali qonaq Jose Qratsiano da Silva çıxış edərək Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib və bu ada layiq görüldüyü üçün universitetin Elmi Şurasına və rəhbərliyə öz təşəkkürünü bildirib.
Sonda ali qonaq tələbə və müəllimlərin suallarını cavablandırıb.
Son xəbərlər
Son Xəbərlər