BDU iki Türkiyə universiteti ilə müqavilə imzaladı- - Foto

bdu-iki-turkiye-universiteti-ile-muqavile-imzaladi-
Oxunma sayı: 1183


BDU-nun ətbuat və İnformasiya şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov tanınmış alimlərin universitetə gəlişindən məmnunluq ifadə edib. 30-dək təhsil ocağının iştirakı etdiyi görüşdə onların bəziləri ilə əməkdaşlıq müqaviləsinin olduğunu deyən rektor bu gün daha iki universitetlə belə müqavilənin imzalanacağını diqqətə çatdırıb.

Çıxış edən Qafqaz Universitelər Birliyinin sədri, Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz yenidən Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib, dövlətlərarası dostluq, qardaşlıq münasibətlərindən bəhs edib.

Sonra Bakı Dövlət Universiteti ilə Türkiyənin Batman və Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb. Birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən əməkdaşlıq müqavilələrini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və adıçəkilən universitetlərin rektorları – Abdüsselam Uluçam və Muammer Yaylalı imzalayıblar.