O deyib ki, 2013-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində II (əlavə) ali təhsili başa vursalar da, hələ də onlara diplom verilməyib:
“Təxminən 100-ə yaxın tələbə həmin il əlavə ali təhsili bitirib. Amma onlardan yalnız 26-sı diplom alıb. Mən və yerdə qalan tələbələr indiyə kimi diplom ala bilməmişik.
Bununla bağlı Təhsil Nazirliyinə və universitet rəhbərliyinə dəfərlərlə müraciə etsək də, hələ ki, heç bir nəticə əldə edə bilməmişik. Tam Ali Təhsil haqqında diplom bizə verilməyib. Artıq məsələni məhkəmə müstəvisində həll etməyə hazırlaşırıq”.
Qeyd edək ki, məsələnin mahiyyətini öyrənmək üçün universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
***
BDU-nun mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakı Dövlət Universiteti məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib:
"Təhsil Nazirliyinin rəhbər qərarına uyğun olaraq məzunlara diplom veriləcək. Nazirlik hansı qərar versə, bizdə onu yerinə yetirəcəyik.”
Son xəbərlər
Son Xəbərlər