Xəbərdə qeyd olunurdu ki, buna səbəb onun “Riyazi analiz” kafedrasının müdiri vəzifəsindən azad edilməsidir.
Məsələ ilə bağlı BDU Mətbuat və İnformasiya Şöbəsinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxlayıb. P. İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, BDU-nun Mexanika-riyaziyyat fakültəsinin “Riyazi analiz” kafedrasını sabiq müdiri Sadiq Abdullayev mövcud əsasnamənin tələblərini pozduğuna və universitetin nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə 22 yanvar 2013-cü il tarixindən pedaqoji vəzifəsi olan professor vəzifəsində saxlanılmaqla, inzibati vəzifəsi kimi kafedra müdirliyindən azad edilib:
“Bundan sonra S.Abdullayev Yasamal rayon Məhkəməsinə müraciət edib və onun iddiası rədd edilib. Apellyasiya və Ali Məhkəmə ilkin instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb”.
Günel
Son xəbərlər
Son Xəbərlər